Originally posted on 7/1/08


İlk yazı özümü çox sərbəst hiss etdiyim və ən çox bildiyim futbol haqqındadı. Amma bu heç də hər gün rastlaşdığımız futbol qiymətləndirmələri deyil - ən yaxşı oyunçu, ən çox qol vuran və s. Demək istədiklərim Avro 2008 haqqındadır.


Güzəştsiz Euro Cup... GOOD JOB UEFA!
Əvvəlki Avropa çempionatları kimi burada da hakimlər tərəfindən meydan sahiblərinə heç bir güzəşt olunmadı. Amma dünya çempionatlarında - son Almaniya 2006 və Yaponiya və Koreya 2002-də meydan sahiblərinə çoxlu köməkliklər olmuşdu. Təkcə Argentina - Almaniya, Koreya - İspaniya oyunlarını qeyd etmək kifayətdir. Həm İsevçrə həm də Avstriyanın qrupda qalması isə təmiz keçən oyunlar deməkdi.


Diqqət çəkən psixologiyalar: məşqçi və oyunçu
Ötən Avropa çempionatında (2004) məşqçi psixologiyasına Karl Brükneri göstərmək olar. Çexiyanin baş məşqçisi yarımfinalda yunanlara məğlubiyyətdən sonra finalda məhz yunanlara azarkeşlik ederək komandasının yalnız çempiondan zəif olduğunu demişdi. Oyunçu psixologiyasına isə portuqal qapıçı Rikardonu göstərmək olar. Penaltiləri qaytardıqdan sonra, məhz özü növbəti penaltini qola çevirərək komandasını yarımfinala daşımışdı.


Avro 2008-də məşqçi psixologiyası - Luis Araqones. Həqiqətən də əsl risk adamıdı. Bütün oyunlarda əvəzetmələri dəqiq və arxayın edirdi. Pik: İsveçlə oyunda sona 30 dəqiqədən çox vaxt qalarkən məşqçi hər 3 əvəzetmədən istfadə etmişdi. Bu həm onun komandaya inandığını və psixoloji cəhətdən hazırlıqlı olmasını göstərir. Əks təqdirdə isə onsuzda onu çox da sevməyən mətbuat tənqid edəcəkdi. Oyunçu psixologiyası Rüştü. Penaltilərdən  sonra çox da sevinmirdi. Səbəb isə məhz xorvatların səhv penaltiləri ilə qazanılan qələbə idi. Həm də ki, oyunu zəif keçirmiş 2-ci qapıçı niyə sevinməlidi?

Statistika yenə səhv çıxdı.
Statistikaya görə 1/4 və 1/2-də eyni hesabla qələbə qazanan komanda finalda da eynihesablı qələbə ilə çempion olmalı idi. Avro 2000-də Fransa çempion olarkən ispanları, portuqalları və finalda italyanları 2-1, Avro 2004-də Yunanıstan çempion olarkən isə fransızları, çexləri və finalda portuqalları 1-0 hesabı ilə məğlub etmişdi. Almaniya isə builki çempionatda portuqalları və türkləri 3-2 hesabı ilə məğlub etdikdən sonra statistikaya görə finalda ispanları da 3-2 hesabı ilə məğlub etməli idi.

Təzad!
Qrup ikinciləri - almanlar, türklər və ruslar yarımfinala çıxdığı halda təkcə İspaniya qrup birincisi kimi istisna oldu.

Bəxtsizlər
Bu dəfə də çempion olan komandanın ilk qolunu vuran oyunçu finaldan kənar qaldı. Karagunis 2004-də Villa isə builki finalda oynamadı.

Heç də uğurlu deyil
Son dünya çempionatında Ukrayna və builki yarışda Rusiya 2 dəfə böyükhesablı məğlubiyyətə uğrayan yeganə komandalardı. Ukrayna 2006-da İspaniya və İtaliyaya müvafiq olaraq 4-0 və 3-0, ruslar isə 2008-də ispanlara hər iki dəfə (4-1 və 3-0) məğlub oldular.

Barça wants to sign Mata

FC Barcelona marked Juan Mata to switch its lights next summer. According to the superdeporte.es Joan Laporta has already started to contact with Manuel Llorente - VCF president. After Hleb's quit to Stuttgart Mata can be quite good transfer. Last summer Barça wanted Mata, but president gave no option. And now they insist again.

Before elections for the president post of Barcelona, Laporta is ready to pay 20 million euros. Pep Guardiola mentioned to see Mata in his team too. However, the player has a contract which expires in June 2012. And Catalonian bosses want to sign him before World Cup, as the price of the player can go up depending on the performance of the Spain national team as well.

In Valencia Mata is one of the most preferred players, and president does not want to get rid off his player number "10". But it does not mean that Barça will throw the towel again.